“Bu, tərbiyəsizlikdir...” - Anar
15.02.2018
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar onun kitablarının yandırılması ilə bağlı bir qrup gəncin kampaniya başlatmaq çağırışına reaksiya verib.
"Dövran Media" xəbər verir ki, Anar Gununsesi.info-ya açıqlamasında kitablarının yandırlmasını pis hərəkət kimi dəyərləndirib: "Bu, tərbiyəsizlikdir. Yandırsınlar, bununla nəyə nail olacaqlar? Faşistlər də zamanında kitabları yandırıdı, sonu isə bəlli oldu”.
Yazıçı bu cür adamların cəmiyyətdə barmaqla sayılacaq qədər olduğunu deyib: "Bizi sevən, bizi oxuyan milyonlardır. Bir neçə nəfərin hansısa addım atması ictimaiyyətin mövqeyi demək deyil”.