Sunak: “Qərb ölkələri Ukraynanı dəstəkləməklə bağlı mövqeyindən geri çəkilməyəcək”
19.05.2023
"Qərb ölkələrinin liderləri Ukraynanı dəstəkləməklə bağlı mövqeyindən geri çəkilməyəcək”.
"DM” xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak Hirosimada keçirilən "Böyük Yeddilik” ölkələrinin (G7) sammiti çərçivəsində "Sky News” telekanalına müsahibəsində deyib.
"Rusiya bilməlidir ki, bizim və digər ölkələrin Ukraynanı dəstəkləməklə bağlı əzmi sarsılmaz olaraq qalır. Qərb ölkələri Kiyevə təkcə burada və indi deyil, həm də uzunmüddətli perspektivdə yardım göstərmək niyyətindədir”, - o vurğulayıb.
Qeyd edək ki, Böyük Britaniya rusiyalı 86 fiziki şəxs və şirkətə qarşı sanksiyaları genişləndirib.