Rusiyanın baş naziri Çinə səfər edəcək
19.05.2023
Rusiyanın baş naziri Mixail Mişustin mayın 23-24-də Çinə rəsmi səfər edəcək
"DM" "TASS"a isrinadən xəbər verir ki, "Pekində Mixail Mişustinin Çin sədri Si Cinpinlə görüşü və Çin Xalq Respublikasının Dövlət Şurasının baş naziri Li Tsyan ilə danışıqları planlaşdırılır”, - məlumatda deyilir.
Nazirlər Kabineti qeyd edib ki, ticarət-iqtisadi sahədə Rusiya-Çin əməkdaşlığının cari məsələlərinə baxılacaq, sənaye, energetika, nəqliyyat infrastrukturu, kənd təsərrüfatı və digər sahələrdə qarşılıqlı fəaliyyətə xüsusi diqqət yetirilməsi planlaşdırılır. "Danışıqlar nəticəsində bir sıra ikitərəfli sazişlərin imzalanması planlaşdırılır"
Devran Media