Ben Uolles: Onilliyin sonuna qədər dünya daha təhlükəli bir yerə çevriləcək
19.05.2023
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles, onilliyin sonuna qədər qlobal münaqişələrin artması ehtimalını elan edərək, kabineti hərbi xərclərin ÜDM-in 2,5%-nə qədər artırılması üçün dəqiq cədvəl hazırlamağa çağırıb.
"DM"-nın Britaniya bürosunun xəbərinə görə, bu barədə o, "The Times”a verdiyi açıqlamada deyib.
"Onilliyin sonuna qədər dünya daha təhlükəli və qeyri-sabit bir yerə çevriləcək və müdafiə bizim üçün kritik əhəmiyyətə malik olacaq", - deyə nazir bildirib.
Ben Uolles Rusiya ilə daha geniş münaqişə riskinə, Çinin yaratdığı təhlükəyə və Afrikada ekstremizmin artmasına də işarə edib.
"Mən inanıram ki, bütün dünyada bir sıra rəqiblərlə münaqişə gəlir və hamımız buna hazır olmalıyıq", - deyə Ben Uolles əlavə edib.