Ukrayna ordusu ötən gecə Rusiyanın PUA və qanadlı raketlərini vurub
19.05.2023
Rusiya ordusu ötən gecə İran istehsalı olan "Shahed-136/131” tipli 22 pilotsuz uçuş aparatı (PUA) ilə Ukrayna ərazisinə hücum edib.
"DM” xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
PUA-lardan 16-sı havada zərərsizləşdirilib.
Bundan başqa, Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri Rusiya ordusunun atdığı 6 "Kalibr” tipli qanadlı raketdən 3-nü vurub.
Raketlər Rusiyanın Qara dənizdəki hərbi gəmilərindən buraxılıb.