Bayden: ABŞ Yaponiyanı müdafiə etmək üçün nüvə silahından da istifadə edə bilər
18.05.2023
ABŞ nüvə silahı da daxil olmaqla istənilən vasitə ilə Yaponiyanı müdafiə edəcək.
"DM" Yaponiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, ABŞ Prezidenti Co Bayden Hiroşimada Yaponiyanın Baş naziri Fumio Kişida ilə görüşü zamanı Vaşinqtonun bu qərarını bir daha təsdiqləyib.
ABŞ və Yaponiya liderləri Hind-Sakit okean regionunda, xüsusən də Şərqi Asiyada status-kvonu güc yolu ilə dəyişdirmək üçün hər hansı birtərəfli cəhdin qəbuledilməz olduğunu qeyd ediblər.
Co Bayden və Fumio Kişida Tayvan boğazında sülh və sabitliyin vacibliyini vurğulayaraq, bununla bağlı yaranan problemlərin sülh yolu ilə həllinə çağırış ediblər.
Görüş zamanı tərəflər həmçinin Cənubi Koreyanın iştirakı ilə həm ikitərəfli, həm də üçtərəfli formatda sıx əməkdaşlıq etmək barədə razılığa gəliblər.