Paşinyan: Marşrutların tez açılmasının tərəfdarıyıq
18.05.2023
Brüsseldə Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanımasını mühüm addım idi.
"DM" xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Paşinyanın sözlərinə görə, bu, regionda sabitliyin bərqərar olmasına və sülh müqaviləsinin mətninin yekunlaşmasına imkan verəcək. Növbəti addım isə delimitasiya komissiyasının formalaşdırılmasının hüquqi əsaslarının müəyyən edilməsi olmalıdır.
O bildirib ki, danışıqların digər əsas mövzusu regiondakı kommunikasiyaların blokadadan çıxarılmasıdır:
"Ermənistan tərəflərin suverenliyi və səlahiyyətləri prinsipləri əsasında marşrutların mümkün qədər tez açılmasının tərəfdarıdır. Vurğulamalıyam ki, Brüsseldə dəmir yolu blokunun açılması ilə bağlı müsbət rəy formalaşıb. Amma keçmiş təcrübələrə əsaslanaraq hələlik bu haqda danışmayacam”.