Prezident: Vətən müharibəsi dövründə ermənilər mülki şəxslərimizə qarşı ballistik raketlər atıb
18.05.2023
Prezident İlham Əliyev Vətən müharibəsi dövründə ermənilər tərəfindən mülki şəxslərimizə qarşı ballistik raketlərin atıldığını, dinc sakinlərimizin qətlə yetirildiyini, eyni zamanda, energetika obyektlərimizə də hücumların olduğunu qeyd edib.
"DM" xəbər verir ki, bu barədə dövlət başçısı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi xanım Njupuo Yap Mariatunu qəbulu zamanı deyib.
Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı yenidənqurma işləri barədə məlumat verib.
Dövlət başçısı COVID-19 pandemiyasi zamanı ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatına göstərdiyi dəstəyi xatırladı, bunu Azərbaycanın beynəlxalq təşəbbüslərdə fəal iştirak etməsinin daha bir nümunəsi olduğunu deyib. Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Afrika ölkələri ilə sıx əməkdaşlıq əlaqələri qurduğunu qeyd edib.