Prezident beynəlxalq avtomobil daşımalarına dair sazişi təsdiqləyib
18.05.2023
"Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında” 2023-cü il fevralın 23-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib.
"DM" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.