Sudanda toqquşmalarda 833 mülki şəxs ölüb
18.05.2023
Sudanda ordu ilə Xüsusi Təyinatlı Qüvvələr (XTQ) arasında toqquşmalar nəticəsində ölən mülki şəxslərin sayı 833-ə çatıb.
"DM" TASS-a istinadən xəbər verir ki, bu barədə Sudan həkimlər komitəsi məlumat yayıb.
Yaralananların sayının 3329 nəfər olduğu vurğulanıb.
BMT-nin mayın 14-ə olan məlumatına əsasən, Sudanda toqquşma nəticəsində 676 mülki vətəndaş ölüb, 5575 nəfər yaralanıb.