21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

XİN: Belarus Avropa Şurasına üzvlük ərizəsini geri götürə bilər

18.05.2023

Belarus Avropa Şurasına üzvlük ərizəsini geri götürə bilər.

"DM" "BelTA”ya istinadən xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz bildirib.

Onun sözlərinə görə, Belarusun üzvlük müraciətinə baxılması hələ 1990-cı illərdə Avropa Şurası tərəfindən dondurulub.

"Avropa Şurası və Qərb Belarus dövlətinə qarşı destruktiv xətti davam etdirsə, ölkəmiz bu təşkilata qoşulmaq üçün ərizəsini geri götürəcək və Şura ilə münasibətlərin digər formatlarını nəzərdən keçirəcək”, - XİN rəsmisi qeyd edib.

Qlaz həmçinin Avropa Şurasının 16-17 may tarixlərində İslandiyanın paytaxtı Reykyavikdə keçirilmiş sammitinin nəticələrini şərh edib: "Bu, artıq Belarusun 30 il əvvəl qoşulmağa can atdığı təşkilat deyil”.

"Belə qənaətə gəlmək olar ki, Avropa Şurası sadə vətəndaşların, eyni zamanda, Belarus dövlətinin gözündə özünü tamamilə nüfuzdan salmaq üçün hər şeyi edir.

Buna baxmayaraq, ötən dövr ərzində Belarusla Avropa Şurası arasında qarşılıqlı faydalı əlaqələrin inkişafı üçün çox işlər görülüb, bir sıra qarşılıqlı layihələr həyata keçirilib”, - Qlaz əlavə edib.