21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Niderland şirkətlərinin Azərbaycanda maraq göstərdiyi sahələr açıqlanıb

18.05.2023

Niderland şirkətləri Azərbaycanda kənd təsərrüfatı, dayanıqlı şəhərlərin yaradılması, bərpa olunan enerji ilə bağlı layihələrdə iştirak etməkdə maraqlıdırlar.

Bunu "Report”a Niderland Krallığının Azərbaycandakı səfiri Paulin Eizeman deyib.

O vurğulayıb ki, Niderland şirkətləri şəhərlərin davamlı inkişafı üçün çox yeniliklər təqdim edə bilərlər: "Əksər Niderland şirkətləri Azərbaycanda təmsil olmasalar da, ölkə ilə biznes əlaqələri mövcuddur və əməkdaşlıq üçün maraq artır”.

Səfirin sözlərinə görə, Azərbaycanla Niderland arasında əlaqələri yüksək səviyyədir: "Lakin bu əlaqələri bütün sahələr üzrə genişləndirmək üçün çoxlu imkanlar var”.

P. Eizeman dünən Bakıda işinə başlayan 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində iştirak edən Niderland şirkətlərinin fəaliyyət istiqamətlərinə toxunub: "Onların bir qismi birinci dəfədir ki, sərgidə iştirak edirlər. Bəziləri isə artıq ötən ilki sərgidə iştirak ediblər. Onların arasında kənd təsərrüfatı sahəsində ixtisaslaşan, davamlı və dayanıqlı su həlləri təqdim edən, suya qənaətlə və təkrar istifadəni hədəfləyən şirkətlər var. Bununla yanaşı, heyvan sağlamlığının optimallaşdırılması sahəsində fəaliyyət göstərən şirkətlər də var”.

Səfir bildirib ki, 31 may-3 iyun tarixlərində keçiriləcək Bakı Enerji Həftəsində də 3 Niderland şirkəti iştirak edəcək.

Xatırladaq ki, Azərbaycanla Niderland arasında 2022-ci ildə ticarət dövriyyəsi 238 milyon 938 min ABŞ dolları təşkil edib. Bu, 2021-ci illə müqayisədə 46,7 % çoxdur.

Bu ilin 4 ayında iki ölkə arasında ticarət dövriyyəsi 51 milyon 548 min ABŞ dolları təşkil edib. Bu illik müqayisədə 11,8 % çoxdur.