Millətimizin yanında olmağa davam edəcəyik...
18.05.2023
Prezident Rəcəb Tayyib Ərdoğan sosial media hesabından paylaşım edərək "CHP rəhbərliyinin balansı tamamən pozulub. Zəlzələdən ziyzn çəkənləri sahibsiz qoymayacağıq" deyib.
Cümhurbaşqanı Ərdoğan açıqlamasında deyib:
Parlament seçkiləri bizim qələbəmizlə nəticələndi və Prezident seçilməsində açıq-aşkar fərq var. Bu vəziyyət CHP-nin balansını tamamilə pozub.
Mayın 15-nə keçən gecə onların televiziya ekranlarında səhnələşdirdikləri "qazandıq” teatrı izlədik.
Qutuların rəngi aydınlaşdıqca yalanları da üzə çıxdı. Buna baxmayaraq nə seçicilərindən, nə də ictimaiyyətdən üzr istəmədilər.
Bilirəm ki, zəlzələdə yaxınlarını itirmiş, ürəkləri yaralı insanlarımız baş verənlərdən çox narahatdırlar.
Heç kim narahat olmasın, heç bir vətəndaşımız bu şər çılğınlıq qarşısında ümidsizliyə qapılmasın.
Millətimizin və insanlığın ortaq vicdanını aşağı salmamaq başlıca vəzifəmizdir.
İnşallah dövlət-millət həmrəyliyi ilə yaralarımızı sağaldacağıq. Biz zəlzələdən zərər çəkənləri sahibsiz qoymayacağıq və onların yanında olmağa davam edəcəyik.