Çavuşoğlu müxalifətin Rusiyaya qarşı çağırışlarının iqtisadiyyata ziyan vurduğunu deyib
18.05.2023
Müxalifətin Türkiyənin Rusiyaya qarşı sanksiyalara qoşulması ilə bağlı çağırışları Türkiyə iqtisadiyyatına ziyan vurur.
"DM" -nın verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O qeyd edib ki, müxalifətin sanksiyalarla bağlı bəyanatları fonunda may ayında Rusiyadan Antalyaya turist axını ötən illə müqayisədə 10% azalıb.