Mingəçevirdə 2 yaşlı uşaq bağçanın 2-ci mərtəbəsindən yerə çırpılıb.
Hadisə şəhərin Azərbaycan DRES qəsəbəsindəki 17 saylı körpələr evi-uşaq bağçasında baş verib.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan azyaşlı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. 2 yaşlı uşağa tibbi yardım göstərilib. Onun vəziyyətinin normal olduğu bildirilib.
Baş verən hadisə ilə bağlı araşdırmalar davam etdirilir.