21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Xəzərdə suitilər niyə görünmür? - Ekoloq danışdı

20.11.2018

Siz nə vaxtsa Xəzər suitisi görmüsünüz? Canlı demirəm, heç olmasa şəklini? Yumru qara gözləri, "bığlı təbəssümü” və quruda olarkən yöndəmsiz hərəkətləri ilə Xəzər suitilərinin özünəməxsus cazibəsi var.
Son zamanlar mətbuatda bu canlıların tamamilə nəslinin tükəndiyi yazılır.
Doğrudanmı, Xəzər suitilərinin nəsli artıq tükənib? Adları "Qırmızı kitab”a salınmış bu canlıları niyə xilas etmək mümkün olmadı? Onların yox olmasının səbəbi nədir?
Ekoloq İslam Mustafayevin dediyinə görə, Xəzər suitisinin yaşam arealı Xəzər hövzəsi ilə bağlı olub.
"Qışda, yazın əvvəllərində və payızın sonunda Xəzər suitiləri dənizin şimal hissəsinə miqrasiya edir, payızda Volqa və Ural çayları vasitəsilə Volqoqrada qədər üzür, yazda cənuba gəlirdilər. Onlar həmişə sürü halında hərəkət edirdilər”.
1999-cu ildə suitilərin nəslinin kəsilmə təhlükəsi yaranmışdı. 2000-ci ildə Xəzərdə təxminən 1 200 000 suiti var idi. Həmin ilin sonuna onların sayı 400 000 azalıb. Suitilərin nəslinin azalmasına əsas səbəb dənizin çirklənməsi və buzların əriməsidir.
Əvvəllər bütün Xəzərdə rast  gəlinən bu canlılar indi, demək olar ki, itiblər. Amma heç kim həyəcan təbili çalmır. Bu il rusiyalı alimlər ilk dəfə dənizdə suitiyə rast gəlmədilər. Bu növün sonunun çatması bütün dünyanın ekoloji mühiti üçün faciə hesab oluna bilər”.
Ekoloq hesab edir ki, suitilərin nəslinin  tükənməsinin daha bir səbəbi infeksiya xəstəlikləri ola bilər. Xəzər dənizinə tökülən 130 çaydan ən böyüyü olan Volqa dünyanın ən çirkli çaylarından biridir.
"Rusiyanın Volqa boyunca yerləşən böyük müəssisələrinin çirkab suları bu çay vasitəsi ilə Xəzərə axıdılır. Bu halda suitilərin yaşamasından söhbət gedə bilərmi?”, - deyə ekspert vurğulayıb.