Professor Naci Görürdən İstanbul üçün qorxulu analiz
18.05.2023
"DM" CNN TÜRK"-ə istinadən xəbər verir ki, İstanbulda 7 və daha çox zəlzələ ehtimalının yüzdə 64 olduğunu ifadə edən Naci Görür, zəlzələyə davamlı şəhərlər üçün görülməsi lazım olan işləri xatırladıb.
'İlk növbədə səhv müzakirəni tərk etmək lazımdır. Bunu alimlərin öhdəsinə buraxın. Bunları müzakirə edəcək alimlər media qarşısında müzakirə aparmasınlar. Bu müzakirələrə görə real həll yoluna gedə bilmirik.
Qəbul etməli olduğumuz bir həqiqət var: Türkiyə zəlzələ ölkəsidir. Böyük zəlzələlər hər an hər yerdə baş verə bilər. Bir gecədə minlərlə insanımızı itirə bilərik.
1999-cu ildən başlayaraq 30 il ərzində İstanbulda hər an 7 və daha çox zəlzələnin baş vermə ehtimalı yüzdə 64-dür.Bu da 2029-cu ilə qədər bir müddət deməkdir. Bu təxmin 15 il artı və ya mənfi hesab olunur. Bu o deməkdir ki, ən yaxşı halı nəzərə alsaq, 2044-cü ilə qədər vaxtımız ola bilər.
Devran Media