Masallıda təcili yardım maşını qəzaya düşüb: Ölən və xəsarət alan var
18.05.2023
Masallıda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb.
APA-nın əldə etdiyi xəbərə görə, qəza nəticəsində avtomobildə olan xəstə vəfat edib.
Bundan başqa, "Bioloji Təbabət" Klinikasının Masallı filialının maşında olan 3 əməkdaşı xəsarət alıb. Onlardan ikisinin vəziyyəti stabildir, biri isə dərhal əməliyyata götürülüb.