21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Naxçıvan Səhiyyə Nazirliyinin Kollegiyasının yeni tərkibi müəyyənləşib

18.05.2023

Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının yeni tərkibi təsdiq edilib.

"DM" xəbər verir ki, müvafiq qərarla nazirliyin kollegiya üzvlərinin sayı beş nəfərdən ibarət müəyyənləşdirilib.

Yeni tərkibdə muxtar respublikanın səhiyyə naziri kollegiyanın sədri, onun birinci müavini və digər müavini, eləcə də nazirliyin Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri və Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi kollegiyanın üzvləri kimi təsdiq olunublar.