21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ceyhun Bayramov ispaniyalı nazirlə görüşüb - FOTO

17.05.2023

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının Dövlət və Hökumət Başçılarının 4-cü Zirvə Görüşü çərçivəsində İspaniya Krallığının xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq naziri Xose Manuel Albares Bueno ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Görüşdə Azərbaycan və İspaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən regionda baş verən hadisələr müzakirə olunub.

Ceyhun Bayramov iki ölkə arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, enerji təhlükəsizliyi, mədəni, humanitar, turizm və s. sahələr üzrə əməkdaşlıq gündəliyindən bəhs edərək, əlaqələrin inkişafı perspektivlərinin geniş olduğunu bildirib. Bu xüsusda, iki ölkə arasında alternativ enerji resurslarının inkişafı sahəsində də əməkdaşlıq imkanlarının olduğu qeyd edilib.

İkitərəfli münasibətlərin inkişafında qarşılıqlı səfərlərin, eləcə də siyasi dialoqun gücləndirilməsi baxımından təmasların artırılmasının əhəmiyyəti vurğulanıb.
Postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın bölgədə bərpa, quruculuq və sülh səyləri barədə qarşı tərəfi məlumatlandıran Ceyhun Bayramov Ermənistan tərəfinin davamlı hərbi-siyasi təxribatlarının, mina təhdidini davam etdirməsinin sülh prosesinin irəlilədilməsinin qarşısında duran əsas çağırışlardan olduğunu diqqətə çatdırıb. Azərbaycanın ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında sülh prosesinə sadiqliyi diqqətə çatdırılıb.

Xose Manuel Albares Bueno Azərbaycanla həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Bu xüsusda, iki ölkə arasında münasibətlərin inkişafında keçirilmiş siyasi məsləhətləşmələrin rolu müsbət qiymətləndirilib. Xose Manuel Albares Bueno İspaniyanın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışıqlar prosesini dəstəklədiyini qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.