Şahzadə taxtdan düşə bilər
20.11.2018
Səudiyyə Ərəbistanının kral ailəsinin bəzi üzvləri jurnalistCamal Kaşıkçının ölümünə görə beynəlxalq arenada yaranmış qalmaqal fonunda şahzadəMəhəmməd Bin Salman Əl Saudun taxta çıxmasına mane olmaq niyyətindədirlər.
"Dövran Media" Oxu.Az-a istinadən xəbər verir ki, kral ailəsinə yaxın mənbələrin verdiyi məlumata görə, onlarla şahzadə və kral ailəsinin digər üzvləri hakimiyyətə başqa şahzadənin gəlməsini istəsələr də, 82 yaşlı kralSalman Bin Abdel Əziz Əl Saudsağ olduğu müddətdə hərəkətə keçməyəcəklər.
Onlar kralın öz sevimli oğlunu hər bir halda müdafiə edəcəyini düşünürlər.
"Reuters” agentliyinin məlumatına görə, kraldan sonra onun yerinə Qərb tərəfindən dəstəklənən 76 yaşlı qardaşıƏhməd İbn Abdulla Əziz İbn Səudgələ bilər.