03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Blinken ilk dəfə açıqlayıb: “ABŞ Rusiyanı terrorizmin sponsoru kimi tanıyacaqmı?”

17.05.2023

ABŞ dövlət katibi Antoni Blinken ilk dəfə Rusiyanın terrorizmin sponsoru kimi tanınmasının mümkünlüyünü etiraf edib.

O, bu barədə ABŞ Senatının komitəsində Çinlə bağlı dinləmələr zamanı bildirib.

Blinken belə bir bəyanatla respublikaçı senator Lindsi Qremlə müzakirələr əsnasında çıxış edib. Lindsi Qrem Rusiya Federasiyasına terrorizmin sponsoru statusunun verilməsinin zəruriliyini qeyd edib.

"Biz burada hamımız istəyirik ki, Çin Rusiyaya kömək etməsin, elə deyilmi? Mənim bir fikrim var. Yüz ABŞ senatoru Rusiyanı terrorizmin sponsoru elan etməyi və bununla da Çin kimi ölkələrin onlara silah verməsinin qarşısını almağı təklif ediblər. Aylar keçib, amma heç bir addım atılmayıb. Cənab dövlət katibi, mən sizi çox bəyənirəm. Amma siz heç vaxt Rusiyanı terrorizmin sponsoru elan etməzdiniz, elə deyilmi?”, - deyə Lindsi Qrem bildirib.
"Heç vaxt "heç vaxt” demə”, - deyə ABŞ dövlət katibi Blinken bu suala cavab verib.

Mənbə: UNİAN