Ukrayna NATO Kiber Mərkəzinə qoşulub
16.05.2023
Ukrayna rəsmi olaraq Estoniyada yerləşən NATO Kiber Mərkəzinin işinə qoşulub. Bu barədə çərşənbə axşamı Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
"DM" "TASS"-a istinadən xəbər verir ki, "Bu gün NATO-nun Tallində yerləşən Kiber Mərkəzinin qərargahında Ukraynanın rəsmi olaraq Kiber Mərkəzə daxil olması əlaməti olaraq Ukraynanın dövlət bayrağı qaldırılıb”, - nazirlik Twitter-də bildirib.
Devran Media