YSK beş ölkədə səsvermə vaxtını uzadıb
16.05.2023
Türkiyədəki prezident seçkilərinin ikinci turunda beş ölkədə səsvermə müddəti uzadılıb.
"DM" "NTV"-yə istinadən xəbər verir ki,Yüksək Seçki Şurası (YSK) ABŞ, Kanada, Avstraliya, İrlandiya və İngiltərədə səsvermənin 20-24 may tarixlərində keçirilməsinə qərar verib. Əvvəllər iki günə endirilən səsvermə prosesi yenidən beş günə qaldırılıb.
Qeyd edək ki,bu ölkələrdə səsvermə müddəti mayın 20-21-i elan edilmişdi.
CHP, müddətin iki gündən beş günə uzadılması üçün YSK-ya müraciət edib.
Qərardan sonra Türkiyə vətəndaşları 5 gün ərzində seçkinin ikinci turuna səs verə biləcəklər.
Devran Media