Moskvada üçtərəfli görüş keçirilə bilər
16.05.2023
Mayın 19-da Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri arasında görüş keçirilə bilər.
Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan yerli KİV-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, görüş Azərbaycan XİN başçısı Ceyhun Bayramovla Ararat Mirzoyan arasında danışıqların növbəti raundu çərçivəsində görüşdə rusiyalı həmkarları Sergey Lavrov da iştirak edə bilər.
"Mayın 19-da görüşün baş tutacağı dəqiqləşdirilib, lakin xarici işlər nazirlərinin üçtərəfli formatda, yoxsa ayrı-ayrılıqda görüşəcəyi hələ məlum deyil”, - deyə Ovannisyan bildirib.
Xatırladaq ki, bundan əvvəl mayın 19-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın sülh müqaviləsinin mətnini müzakirə edəcəkləri ilə bağlı xəbər yayılıb.