AB Qərbi Balkanlar olmadan tam deyil - Kurts
19.11.2018
Avropa Birliyi Qərbi Balkan ölkələrinin onun tərkibinə daxil olmasından sonra bütöv olacaq.
"Dövran Media" xəbər verir ki, bunu Qərbi Balkan regionunun liderləri ilə görüşü zamanı Avstriya kansleri Sebastian Kurts deyib.
"Bizim sıx tarixi, iqtisadi, siyasi, mədəni əlaqələrimiz var. Biz düşünürük ki, AB Qərbi Balkan ölkələrinin buraya daxil olmasından sonra tam olacaq. Ona görə də biz Qərbi Balkan ölkələrinin AB yolunda irəlləməsini dəstəkləyirik”, – deyə o bildirib.