Avropa ölkəsində Nizami Gəncəvinin abidəsi ucaldılacaq
16.05.2023
"Macarıstanda Nizami Gəncəvinin abidəsi ucaldılacaq”.
Bunu Macarıstan Milli Assambleyasının sədr müavini Şandor Lejak Azərbaycan Milli Məclisinin ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş xüsusi iclasında deyib.
O, Macarıstan ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafını xüsusilə qeyd edib.
Xatırladaq ki, Milli Məclisdə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş xüsusi iclas keçirilir. İclasda 228 xarici nümayəndə, o cümlədən 12 ölkə parlamentinin sədri, 15 parlament sədrinin müavini, dörd beynəlxalq təşkilatın nümayəndəsi iştirak edir.