Rusiya Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən çıxıb
16.05.2023
Rusiya Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən çıxıb.
"DM” TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət duması qərar qəbul edib.
Qeyd edək ki, sözügedən müqavilə 1990-cı il noyabrın 16-da Fransanın paytaxtı Parisdə imzalanıb. Razılaşma Avropada adi silahların məhdudlaşdırılmasını nəzərdə tutur.
Rusiya 1992-ci ildə bu sənədi ratifikasiya edib.