Ermənistan və Rusiya XİN başçıları görüşəcək
16.05.2023
İrəvan mayın 19-da Moskvada Mirzoyan-Bayramov danışıqları çərçivəsində Ermənistan və Rusiya XİN rəhbərlərinin görüşünün mümkünlüyünü istisna etmir.
"DM" "Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan məlumat verib.
Görüşün üçtərəfli formatda, yoxsa Ararat Mirzoyan və Sergey Lavrov arasında baş tutacağı dəqiqləşməyib.