Goranboyda avtomobil ağaca çırpılıb, sürücü və sərnişin ölüb
16.05.2023
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Goranboy rayonunda baş verən qəza ilə bağlı məlumat yayıb.
DİN-dən APA-ya verilən məlumata görə, bu gün saat 07:15 radələrində Goranboy rayonunun Xoylu kəndi ərazisində iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəbiyev Nicat Rəhim oğlunun idarə etdiyi "Mercedes” markalı, 90-GA-314 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə hərəkətdə olarkən idarəetməni itirib və yolun hərəkət hissəsinin kənarındakı ağaca çırpılıb.
Nəticədə sürücü N.Nəbiyev və sərnişini Elvin Quliyev hadisə yerində dünyasını dəyişib.
Hazırda faktla bağlı araşdırma aparılır.
***
09.23
Goranboy Rayon Polis Şöbəsinə rayonun Xoylu kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub.
Bu barədə APA-ya DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.
Onun sözlərinə görə, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və nəqliyyatın hərəkətini bərpa ediblər.
İlkin araşdırmalar nəticəsində məlum olub 1988-ci il təvəllüdlü Nicat Nəbiyev "Mercedes” markalı avtomobil ilə idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü və sərnişin Elvin Quliyev ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qəza zamanı həlak olanların hərbi qulluqçular olduğu bildirilir.