Orliç: “Azərbaycan və Serbiya əlaqələri yüksək səviyyədədir”
16.05.2023
"Heydər Əliyev güclü dövlət yaradıb və indi bu dövlət öz xalqının firavanlığı üçün əlindən gələni edir”.
"DM"-nın məlumatına əsasən, bunu Milli Məclisin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında Serbiya Milli Assambleyasının sədri Vladimir Orliç deyib.
O deyib ki, Heydər Əliyev Azərbaycan ictimai-siyasi həyatına, hüquq sisteminə bir çox yeniliklər gətirib.
Orliç qeyd edib ki, bu gün Azərbaycan və Serbiya bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşır və beynəlxalq platformalarda qarşılıqlı dəstək göstərirlər.
"Bu gün Azərbaycan və Serbiya arasındakı əlaqələr yüksək səviyyədə davam edir. Biz strateji tərəfdaşlarımızın inkişafına sevinirik”, - deyə o əlavə edib.