Naxçıvan Ali Məclisinin sessiyası keçirilir, sədr müavini seçiləcək
16.05.2023
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası keçirilir.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, sessiyada Anar Adil oğlu İbrahimov Ali Məclis sədrinin müavini seçilib.
Anar İbrahimov16 saylı Qıvraq seçki dairəsindən deputat seçilib, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika təşkilatının sədr müavini-aparat rəhbəri, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədridir. O, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəridir.
11:00
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası başlayıb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, onuncu sessiyanın gündəliyinə Naxçıvan Muxtar Respublikasının 2022-ci il büdcəsinin icrasının təsdiq edilməsi, Ali Məclisi sədrinin müavininin seçilməsi, "Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının qanununda dəyişiklik edilməsi, həmçinin, "Toxumçuluq haqqında” və "İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Naxçıvan Muxtar Respublikası qanunlarının ləğv edilməsi məsələləri daxil edilib.