Qaluzin: “Mərkəzi Asiya ölkələrinin bir hissəsi Rusiyaya qarşı sanksiyalara qoşula bilər”
16.05.2023
"Qərb ölkələri nəzarətlərində olan media və qeyri-hökumət təşkilatlarından istifadə edərək Mərkəzi Asiyada Rusiyaya qarşı informasiya kampaniyası aparırlar”.
Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "Valday” Beynəlxalq Diskussiya Klubunun III Mərkəzi Asiya Konfransında deyib.
O qeyd edib ki, Rusiyaya qarşı kampaniyada xüsusən gənclərdən istifadə olunur, millətçi hisslər körüklənir və xalqların ümumi tarixi nüfuzdan salınır.
Rusiya rəsmisi əlavə edib ki, Qərb ölkələrinin məqsədi Rusiya və Çinin siyasətinə mane olmaq, Asiyadan Avropaya və əksinə uzanan ticarət yollarına nəzarəti təmin etməkdir.
"Bəzi Mərkəzi Asiya ölkələri riskə getməyə hazır olmadıqlarını və Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşula biləcəklərini açıq şəkildə bildirirlər”, - Qaluzin bildirib.
Onun sözlərinə görə, bir sıra Mərkəzi Asiya ölkələri öz üzərlərinə risk götürmək istəmir, Qərbin məhdudlaşdırıcı tədbirlərinə əməl etməyə hazır olduqlarını açıq şəkildə bildirirlər.
"Rusiya ilə əlaqələrin süni şəkildə pozulması ikinci dərəcəli sanksiyaların xərclərindən daha ciddi zərərlə nəticələnə bilər”, - M.Qaluzin əlavə edib.
O vurğulayıb ki, Rusiya Mərkəzi Asiya ölkələri ilə strateji tərəfdaşlıq münasibətlərini ardıcıl şəkildə gücləndirməkdə qərarlıdır.
Mənbə: TASS