21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Deputat: Brüssel görüşü İlham Əliyevin müəyyənləşdirdiyi şərtlər daxilində keçib

15.05.2023

Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında sayca beşinci görüş baş tutdu. Görüşün yekunları ilə bağlı Şarl Mişelin bəyanatına əsaslanaraq demək olar ki, danışıqlar Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi şərtlər daxilində keçib və bunu diplomatiyamızın növbəti qələbəsi hesab etmək olar.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev söyləyib.

Görüşün bir sıra məqamlarla diqqət çəkdiyini vurğulayan deputat qeyd edib: "Laçın rayonu ərazisində, şərti dövlət sərhədindən nəzarət-buraxılış məntəqəsinin qurulması beynəlxalq hüququn normalarına uyğundur. Qarabağ ermənilərinin problemləri isə Azərbaycanın daxili işidir. Nəticə etibarilə əvvəlki görüşlərdə olduğu kimi, beşinci Brüssel platforması da Azərbaycan diplomatiyasının, şəxsən Prezident İlham Əliyevin aktivinə yazılmalıdır.

"Bir nüansı xatırlada bilərik ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkil etdiyi format ölkəmizin siyasi, iqtisadi maraqlarına cavab verir. İndiki zamanda Azərbaycanın Avropa üçün əhəmiyyətini, nə demək olduğunu Şarl Mişel də başa düşür və sülhyaratma prosesinə ciddi yanaşır. Yetər ki, Ermənistan tərəfi, şəxsən baş nazir N.Paşinyan tarixi məsuliyyəti düzgün dəyərləndirsin, siyasi iradə nümayiş etdirsin və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin. Biz dəfələrlə Nikol Paşinyanın fikirlərini tez-tez dəyişdirdiyinin, əldə edilən razılıqları pozduğunun şahidi olmuşuq. Bu da müzakirələrə ciddi problem yarada bilər”, - deyə deputat əlavə edib.