Hesablama Palatası dövlət qurumunda yoxlamalara başlayıb
15.05.2023
Azərbaycan Hesablama Palatası Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində yoxlamalara başlayıb.
Bu barədə qurumdakı mənbə məlumat verib.
Bildirilir ki, yoxlamalar çərçivəsində Xidmətin ötən illər ərzində cari və investisiya xərclərin monitorinqi aparılır.
Yoxlamalar ümumilikdə iki həftə davam edəcək.