21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bəzi yerlərdə leysan, dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA

15.05.2023

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən mayın 15-nə olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, dağlıq ərazilərdə qar yağır.

Bu barədə Xidmətdən xəbər verilib.

Qar örtüyü Şahdağ, Xınalıqda 3 sm, Qrızda 2 sm olub.

Düşən yağıntının miqdarı Hirkanda (Lənkəran) 95.0 mm (aylıq normanın 208%-i), Oğuzda 50.0 mm (aylıq normanın 48%-i), Astarada 43.0 mm (aylıq normanın 82%-i), Lənkəranda 41.0 mm (aylıq normanın 90%-i), Qəbələdə 37.0 mm (aylıq normanın 31%-i), Lerikdə 27.0 mm (aylıq normanın 38%-i), Zərdabda 20.0 mm (aylıq normanın 54%-i), Ordubad 19.0 mm (aylıq normanın 46%-i), İmişli 19.0 mm (aylıq normanın 57%-i), Beyləqanda 19.0 mm (aylıq normanın 49%-i), Kəlvəz, Yardımlıda 18.0 mm (aylıq normanın 29%-i), Göygöl, Cəfərxanda 16.0 mm (aylıq normanın 48%-i), Sabirabadda 15.0 mm (aylıq normanın 45%-i), Göytəpədə 14.0 mm, Biləsuvarda 14.0 mm (aylıq normanın 43%-i), Zaqatala, Qusar, Kürdəmirdə 13.0 mm (aylıq normanın 43%-i), Salyanda 12.0 mm, Şəki, Naxçıvan, Şahbuz, Gədəbəy, Neftçala, Ağdam, Ağstafa, Şərur, Qrız, Balakən, Daşkəsən, Qax, Göyçay, Şahdağ, Culfa, Tərtər, Mingəçevir, Sədərək, Tovuz, Qobustan, Naftalan, Bərdə, Quba, İsmayıllı, Yevlax, Gəncə, Şamaxı, Xaltan, Xaçmaz, Şəmkir, Goranboy, Qazıməmməd, Şabranda 10.0 mm-dək, Abşeron yarımadasının bəzi yerlərində 1.0 mm-dək olub.

Şimal-qərb küləyi arabir Naftalanda 20 m/s, Naxçıvanda 18 m/s, Ceyrançöldə 16 m/s, Bakıda və Abşeron yarımadasında arabir 25 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.8 metrə çatıb.

Zaqatala, Şəki, Qax, Şamaxı, Qusar, Qrız, Şabran, Göyçay, Lerik, Sumqayit, Maştağada müşahidə olunub.

Havanın temperaturu mayın 14-də iqlim normasından 2.8° aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 13°-dək isti, Naxçıvanda 5-10° isti, dağlıq rayonlarda 3-5° isti, yüksək dağlıq rayonlarda 3°-dək şaxta, aran rayonlarında 13°-dək isti olub.