Prezident İlham Əliyev Minskdə “Qələbə” meydanındax - FOTO
19.11.2018
Prezident İlham Əliyev Belarusda rəsmi səfəri çərçivəsində noyabrın 19-da Minsk şəhərindəki "Qələbə” meydanında 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin şərəfinə ucaldılmış abidəni ziyarət edib.
"Dövran Media" AzərTac-a istinadən xəbər verir ki, meydanda Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.
Azərbaycanın və Belarusun dövlət himnləri səslənib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçısının qarşısından keçib.
***
Dövlət başçısı Minskdə Azərbaycan Ticarət Evi ilə tanış olub.
Azərbaycan Ticarət Evi "Made in Azerbaijan” brendinin Belarus bazarında daha çox tanıdılması, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsi sahəsində fəaliyyət göstərir, Belarusda satışını təşkil edir, bu sahədə əlaqələndirməni həyata keçirir. Ticarət Evində daimi fəaliyyət göstərən sərgidə Azərbaycanın 30 şirkətinin istehsal etdiyi müxtəlif növ məhsullar nümayiş olunur.