Quba və Qusara qar yağıb
15.05.2023
Ötən gün axşam saatlarından başlayaraq Quba və Qusar rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.
Yağıntı əsasən dəniz səviyyəsindən 2 min metrdən yüksəklidə yerləşən ərazilərdə qeydə alınıb.
Xınalıq kənd sakinləri bildirib ki, yaşayış məntəqəsində qarın hündürlüyü 2-3 santimetrə çatır.
Temperatur ötən günlərə nisbətən aşağı enib.