21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Süleyman Soylu seçkilər üçün görülən təhlükəsizlik tədbirlərini açıqlayıb - VİDEO

14.05.2023

"Türkiyə böyük seçki təcrübəsinə malikdir”.

"DM” xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbulda prezident və parlament seçkilərində səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, seçkilərin təhlükəsiz şəraitdə keçirilməsi üçün lazımi tədbirlər görülüb: "Hazırda müxtəlif bölgələrdə təhlükəsizlik qüvvələrinin 601 min əməkdaşı fəaliyyət göstərir. Şəxsi heyətdən əlavə 79 helikopter və 8 təyyarə hazır vəziyyətdədir. Məktəblərin, seçki məntəqələrinin təhlükəsizliyinin təmin olunması üçün lazım gələni etmişik”.

S.Soylunun sözlərinə görə, zəlzələ baş vermiş ərazilərdə də səsvermə prosesi davam edir: "Proses problemsiz başlayıb və davam edir. İnanıram ki, Türkiyə ən düzgün qərarı verəcək. Millətimiz üçün xeyirli və uğurlu olsun”.

Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb.

Prezident vəzifəsi uğrunda 3 namizəd mübarizə aparır: - "Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, "Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və "Ata İttifaqı”nın namizədi Sinan Oğan.
"Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.

"Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.

"Ata” İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaqı partiyaları daxildir.

Parlament seçkiləri üzrə 36 siyasi partiyanın namizədi qeydə alınıb.