Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi Gürcüstana səfər edəcək
12.05.2023
Avropa İttifaqının (Aİ) sanksiya məsələləri üzrə xüsusi nümayəndəsi David O’Salivan Gürcüstana səfər edəcək.
APA-nın Gürcüstan bürosu yerli mətbuata istinadən xəbər verir ki, səfər çərçivəsində müzakirə ediləcək məsələlər açıqlanmayıb.
Lakin Avropa Komissiyasından Gürcüstanın "Netgazeti” nəşrinin sorğusuna cavab olaraq bildirilib ki, David O’Salivan sanksiyaların tətbiqi, eləcə də onlardan yan keçilməsinin qarşısının alınması məsələlərini müzakirə etmək üçün hazırda bir sıra üçüncü tərəf ölkələrə səfərlər edir və Gürcüstan da qarşıdakı dövrdə səfər planlaşdırılan ölkələr arasındadır.