Blinken: ABŞ Ukraynaya döyüş meydanında çatışmayan hər şeyi verməyə hazırdır
12.05.2023
ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, Amerika koalisiya ilə əməkdaşlıq edərək Ukrayna Silahlı Qüvvələrinin silahlanmasındakı boşluqları doldurmaq üçün hər cür səy göstərməyə hazırdır.
"DM" "Ukrinform"-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı o, PBS NewsHour-a müsahibəsində bildirib .
"Əgər boşluqlar varsa, çatışmazlıqlar varsa, onlar bizə deyəcəklər və biz onları aradan qaldırmaq üçün əlimizdən gələni edəcəyik" ABŞ xarici siyasət departamentinin rəhbəri deyib.
Devran Media