Borrell: Çin artıq Rusiya və Ukrayna arasında vasitəçi olmaq fürsətini itirib
12.05.2023
Çin artıq Rusiya və Ukrayna arasında vasitəçi olmaq fürsətini itirib.
"DM" "Ukrinform"a istinadən xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Avropa Müdəfiə və Təhlükəsizlik Sammiti çərçivəsində aparılan müzakirə zamanı deyib. Diplomat Çinin eyni zamanda Aİ-nin vacib tərəfdaşı olaraq qaldığını vurğulayıb.
Əlavə edib ki, Çin Rusiyaya qarşı öz nüfuzundan istifadə edərək müharibənin bitməsinə yardım edə bilər:
"Biz Rusiyanın Çinin əllərinə düşməməsi üçün çox diqqətli və diplomatik davranmalıyıq və Çindən müharibəni dayandırmaq üçün öz nüfuzundan istifadə etməsini istəməliyik. Prezident Sinin Prezident Zelenskiyə zəng etməsi çox yaxşıdır. Biz Çinə qarşı öz strategiyamızı müəyyənləşdirərkən, onun öz məsuliyyətinə uyğun davranmasını tələb etməliyik – bu ölkə BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür”.
Borrell vurğulayıb ki, Pekin müharibə ilə bağlı "neytrallıq elan etdiyi üçün və bunun daha çox Rusiyanın xeyrinə qərəz olması səbəbilə Ukrayna və Rusiya arasında vasitəçilik etmək fürsətini əldən verib.