Türklər terrorçuları "EŞŞƏK ARISI" ilə məhv elədi
19.11.2018
Türkiyə Silahlı Qüvvələrinin "Xəncər 2 " hərbi əməliyyatı çərçivəsində 18 PKK terrorçusunu Cudi dağında inanılmaz fəndlərlə məhv etdiyi ortaya çıxıb.
504 saatlıq müşahidə və təqibdən sonra gerçəkləşən əməliyyat nəticəsində 3-ü ali səviyyəli olmaqla, 18 terrorçu "eşşək arısı” adı verilən mini dron vasitəsilə zərərsizləşdirilib.
Belə ki, Qabar bölgəsində öldürülən terrorçuların rəqəmsal materialları deşifrə edilib. Elektromaqnit dalğaları vasitəsilə işləyən telefonlardan göndərilən şifrəli mesajlar açılıb. Bir qrup terrorçunun PKK telekanalına verdiyi müsahibənin fotolarındakı yerlər təsbit edilib. Kosmik peyklər vasitəsilə həmin yerlərin koordinatları çıxarılıb və "eşşək arısı” adı verilən mini dronlarla bölgə blokada altına alınıb. Beləcə, 103 türk əsgərini şəhid edən terrorçular toplu şəkildə öldürülüb.
Qeyd edək ki, "Xəncər 2” əməliyyatına 11 oktaybrda start verilib və 2 noyabrda başa çatıb.