“Bordo bereli”lər Afrinə yeridildi - Yeni əməliyyat
19.11.2018
Türk ordusunun "Bordo bereli” komandosları Azad Suriya Ordusu ilə birlikdə ötən gecə Afrində əməliyyatlara başlayıb.
"Dövran Media" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Əməliyyatlara səbəb olaraq ASO-dan ayrılan bir sıra dəstələrin cəmiyyətin narahatlığına səbəb olan qəsbkarlıq və oğurluq kimi fəaliyyətləri göstərilib.
Ötən gün səhər saatlarında başladılan əməliyyat səbəbilə komendant saatı elan olunub. Bəzi yerlərdə atışmalar müşahidə edilib. Qdur dəstələrinin bir çox üzvü öldürülüb. Əməliyyatın quldurların tamamilə məhv edilənə qədər davam etdiriləcəyi açıqlanıb.