Pakistanda etiraz aksiyasında ölənlərin sayı artıb
11.05.2023
Pakistanda keçmiş Baş nazir İmran Xanın həbsindən sonra Xanın tərəfdarları ilə hüquq-mühafizə orqanları arasında davam edən qarşıdurmalarda ölənlərin sayı artır.
"DM" xəbər verir ki, bu barədə "Davn” məlumat yayıb.
Məlumata görə, qarşıdurmalar nəticəsində 8 nəfər ölüb, 290-a yaxın adam yaralanıb.
1900-dən çox nümayişçi həbs edilib və müxtəlif hökumət binaları, o cümlədən polis məntəqələri dağıdılıb.
Xatırladaq ki, Xanın həbsi ilə yaranan etirazlar çərşənbə axşamı başlayıb.