Böyük Britaniya Ukraynaya “Storm Shadow” qanadlı raketlər verib
11.05.2023
Böyük Britaniya Ukraynaya bir neçə "Storm Shadow” qanadlı raket göndərib.
"DM” CNN-ə istinadən xəbər verir ki, bu, Ukrayna ordusunun Rusiya işğalçılarına qarşı çoxdan gözlənilən əks-hücum ərəfəsində hərbi qabiliyyətini gücləndirib.
"Storm Shadow” ("Fırtına Kölgəsi”) uzaqmənzilli qanadlı raketlərini Böyük Britaniya və Fransa birgə hazırlayıb, uzunmənzilli qanadlı raketdir. O, 250 km və ya 155 mil uzaqlıqda yerləşən hədəfləri vura bilir.
ABŞ-ın adı açıqlanmayan yüksək rütbəli hərbi rəsmisinin sözlərinə görə, raket "əsl oyun dəyişdiricidir” və Kiyevə müharibə başlayandan bəri istədiyi döyüş qabiliyyətini verə bilər.
Məlumata görə, hazırda ABŞ-ın Ukraynaya göndərdiyi silahların maksimal məsafəsi təxminən 49 mil və ya təxminən 80 km-dir.