Mahaçqalada atışma: Qvardiya əməkdaşı öldürüldü
18.11.2018
Mahaçqalada dövlət qvardiyasının əməkdaşı davanın qarşısını alarkən baş verən atışmada həlak olub.
"Dövran Media" xəbər verir ki, bu barədə RİA informasiya yayıb.
Məlumata görə, səhər saatlarında naməlum şəxs şəhər sakininə bir neçə dəfə atəş açıb. Aldığı yaralardan gənc yerindəcə həlak olub. Bu zaman qvardiya əməkdaşı cinayətkara atəş açaraq onu yaralayıb, özü isə həlak olub.