Çavuşoğlu: “Rusiyadan qaz alsaq da, Krımın ilhaqını tanımırıq”
11.05.2023
"Rusiyadan qaz alsaq da, Moskvanın Ukraynanın Krım bölgəsini ilhaq etməsini tanımırıq”.
"DM” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "A Haber”ə müsahibəsində deyib.
O bildirib ki, rəsmi Ankara Rusiya-Ukrayna müharibəsinin bitməsində maraqlıdır: "Rusiyanı da tənqid edirik. Biz soyuqqanlı, balanslı siyasət yürüdürük. Buna görə də dünyada nüfuz qazanmışıq. İndi Qərbin istəyi ilə bu mövqeyimizi itirməliyikmi?!”.
Qeyd edək ki, Rusiya 2014-cü ildə Krımı ilhaq edib.
Rusiya Prezidenti 2022-ci ilin 22 fevralında Donetsk və Luqanskın müstəqilliyini tanıdığını bəyan edib. Bundan sonra, fevralın 24-də Rusiya Ukraynaya hərbi müdaxilə etməyə başlayıb. Rusiya Prezidenti bunu "xüsusi hərbi əməliyyat” adı altında rəsmiləşdirib.