Britaniya kəşfiyyatı:Apreldə 10 minə qədər məhbus Rusiya ordusuna cəlb edilib
11.05.2023
Rusiya Müdafiə Nazirliyi Ukraynadakı müharibəyə rusiyalı əsirlərin cəlb edilməsi sxemini genişləndirib - təkcə 2023-cü ilin aprelində Rusiya ordusuna 10 000-ə qədər məhkum cəlb edilib.
"DM" "UNİAN"-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən Twitter- də məlumat verib və qeyd edib ki, ötən ilin yayından etibarən Ukraynadakı Vaqner PMC-yə cəlb olunanların əsas mənbəyi məhbuslar olub.
Devran Media