21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Mayın 11-13-də maqnit qasırğası proqnozlaşdırılır

11.05.2023

Mayın 11-13-də maqnit qasırğası proqnozlaşdırılır.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, son sutka ərzində Günəş fəallığı yüksək səviyyədə olub.

Günəş diski üzərində olan fəal sahələrin bir qismi müxtəlif M sinif alışmalar yaradıb. Mayın 7-də baş vermiş Tac Kütlə Atılmasının (CME - Coronal Mass Ejection) ötən sutkada geomaqnit sahəyə daxil olan zərbə dalğasının təsiri nəticəsində G1 (minor-mülayim) səviyyəli geomaqnit qasırğa müşahidə olunmaqdadır.

CME axınının təsirinin davamedici nəticəsi olaraq mayın 11-də günün əvvəli və sonu üçün G1 qasırğası proqnozlaşdırılır. Gözlənilən CME zərbə dalğası yuxarı coğrafi enliklərdə G3 (mülayim-güclü), aşağı coğrafi enliklərdə G1 maqnit qasırğası yarada, bu zaman maqnit sahəsinin kifayət qədər güclü həyəcanlaşması baş verə bilər.
Mayın 12-də günün ilk yarısı yuxarı coğrafi enliklərdə G2 (mülayim-orta), aşağı coğrafi enliklərdə G1 səviyyəli qasırğa, mayın 13-də isə qasırğanın səngiməsi, lakin geomaqnit sahənin fəal səviyyədə (Kp=4) qalması proqnozlaşdırılr. Hazırda hər hansı fəallığa malik yeni Tac Kütlə Atılması müşahidə olunmur və geomaqnit qasırğanın gücünü göstərən Kp əmsalı 4-dür. 11-13 may tarixləri üçün Yerdə maqnit qasırğasının loqarifmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 2-5 intervalında dəyişəcək.

Yerin maqnit sahəsində meydana gələn güclü həyəcanlaşma səbəbindən həmin günlərdə risk qrupuna daxil olan xəstələrin, yaşlı insanların və uşaqların səhhətində müəyyən narahatlıq-diskomfort halı güclənə bilər. Belə hallarda təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlərin görülməsi, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük verilməsi tövsiyə olunur.